Bankların dollar alışı azaldı - NƏTİCƏ

Bugün dollar hərracında satış həcmi ötən hərracdan az olub. ENA.az xəbər verir ki, Azərbaycan bankları 19,3 milyon dollar alıb. Mərkəzi Bankın (AMB) məlumatında bildirilir:
“Hərracda tələb 19,3 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”.
Qeyd edək ki, iyulun 11-də keçirilən hərracda banklara 32,2 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.