Dollar alışı azaldı - HƏRRAC
Azərbaycan Mərkəzi Bankı bugün keçirilən valyuta hərracında banklara 15,7 milyon dollar satıb. ENA.az xəbər verir ki, bu, ötən hərracdakıdan iki dəfədən çox azdır.
Xatırladaq ki, iyulun 4-də keçirilən hərracda banklar 39,9 milyon dollar alıb.
"Cümə axşamı hərracda banklar tərəfindən tələb 15,7 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib", - AMB bildirib.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.