Bank

May ayında ən çox qızıl satan Türkiyənin mərkəzi bankı oldu - SİYAHI

Dünya Qızıl Şurasının (WGC) hesablamalarına görə, dünya mərkəzi bankları, ilkin məlumatlara görə, 2023-cü ilin may ayında valyuta ehtiyatlarından 27,4 ton qızıl satıb.

ENA.az xəbər verir ki, yenilənmiş məlumatlara görə aprel ayında satış 69,4 ton təşkil edib.

May ayında ən çox qızıl satan dövlət Türkiyə olub - 62,8 ton! Həmçinin Özbəkistan (10,9 ton), Qazaxıstan (2,4 ton) və Almaniya (1,8 ton) mərkəzi banklarının ehtiyatları da azalıb.

Polşa (19,9 ton), Çin (15,9 ton), Sinqapur (3,9 ton), Rusiya (3,1 ton), İraq (2,3 ton), Hindistan (1,9 ton), Çexiya (1,8 ton) və Qırğızıstan (1,5 ton) qızıl alıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)