Sağlamlıq

Azərbaycanda 7 kolbasa istehsalçısı barəsində iş qaldırılıb - ADLARI

Bəzi kolbasa istehsalçıları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamasından və cəzasından sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cavab verməli olacaqlar.

Məlumata görə, Dövlət Xidməti “Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.

Qaldırılan iş - ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir. 

Qaldırılan işlərə İyul ayı ərzində baxılacaq.

Qeyd edək ki, “Sevilən Ad” MMC "Əsl Dad", "Dilim-Dilim" markalı, “AL-SANA” MMC "Payım" markalı, “Səhliyalı” Kiçik Müəssisəsi "100 bərəkət Halal Nemət", "Səhliyalı", "Halal 5+" markalı, “MİR-2016” MMC "Köhnə Dad" markalı,  “Hakan Foods Azerbaijan Trading” MMC "Kral" markalı, Vüqar Tahirov  "Best Beef" və "Ocaq" markalı, Rövşən Məmmədov "Dadlıca" marakalı kolbasa və sosiskaların istehsalçısıdır. 

Bundan öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara toyuq ətindən hazırlanmış məhsullar satıblar. Eyni zamanda, üzərində "halal" yazılmış kolbasaların tərkibində donuz əti olduğu aşkar edilmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)