TURİZM

Turizm Assosiasiyasının sədrinə yeni vəzifə verilib

Nahid Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədr müavini seçilib.
AZTA turizm sektorunun inkişafı tədbirləri  üçün dövlət dəstəyi alıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. 

Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

“İclas zamanı Azərbaycan Turizm Assosiasiyası olaraq bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlər və onların həlli yollarını iclasda səsləndirdim. Müzakirələrdən sonra agentliyin rəhbərliyi və İctimai Şura üzvləri tərəfindən səsləndirilən problemlərin həllinin tapılması və həyata keçirilməsi barədə müvafiq razılıq əldə olundu”, - deyə AZTA rəhbəri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan Turizm Assosiasiyası öz fəaliyyəti çərçivəsində turizm sənayəsinin qeyri-neft sektorunun aparıcı sahəsi olduğunu nəzərə alaraq,  sahibkarların, o cümlədən, kiçik və orta sahibkarların fəaliyyətinin təşviqi və dəstəyinə xüsusi önəm verir.   
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi isə həyata keçirilən tədbirlərin daha da səmərəli reallaşmasına zəmanət verəcək.

İclasın sonunda AZTA rəhbəri Nahid Bağırovun və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayevanın Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədrinin müvinləri seçilməsi barəqə qərar qəbul olunub.  

Qeyd edək ki, İctimai Şuranın sədri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovdur

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)