Sosial iqtisadiyyat

Naxçıvanın Baş nazirinə yeni müavin - TƏYİN OLUNDU

Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib. ENA.az, Reporta istinadən xəbər verir ki, bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov təyinat alıb.

O, kollektivə bu gün təqdim olunub.

Qeyd edək ki, B.Məmmədov bundan əvvəl SOCAR-ın Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

O, 1971-ci ildə Naxçıvan şəhərində anadan olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)