Aqrar

Ötən 5 ayda Azərbaycanın kənd təsərrüfatında vəziyyət necədir? - RƏSMİ RƏQƏMLƏR

2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 milyard 116 milyon manat təşkil edib. ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 5,2% çoxdur. 

Heyvandarlıqda məhsul istehsalının həcmi 2 milyard 372,3 milyon manat, bitkiçilikdə 743,7 milyon manat təşkil edib. Qeyd edək ki, heyvandarlıq məhsullarında artım 3,5 faiz, bitkiçilikdə 10,9 faiz olub.

Yanvar-may aylarında ölkəmizdə 226,9 min ton ət (artım 3,1%), 909,5 min ton süd (artım 2,1%), 918,6 milyon ədəd yumurta (artım 11,4%), 116,8 ton barama (artım 3,6 dəfə) istehsal edilib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə yaz-tarla işləri davam etdirilir.

2023-cü il iyunun 1-nə yazlıq bitkilərin əkini sahəsi 341,8 min hektar (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 10,7% azalma), o cümlədən dənli və paxlalı bitkilərin sahəsi 59 min hektar (o cümlədən 28,7 min hektar), kartof - 49 min hektar, tərəvəz - 59,3 min hektar, taxıl - 16,9 min hektar, pambıq - 94 min hektar, günəbaxan - 10 min hektar, şəkər çuğunduru - 4,5 min hektar, tütün - 2,6 min hektar, hərillik bitkilər. - 44 min ha, birillik bitkilər - 1,3 min ha, digər yaz bitkiləri - 1,2 min ha. təşkil edib. 

Yanvar-may aylarında təsərrüfatlarda 82 min ton taxıl (artım 49,9%), 172 min ton kartof (azalma 12%), 385,3 min ton tərəvəz (artım 18,1%), 29,5 min ton meyvə və giləmeyvə (artım 22,4%), 496,4 ton yaşıl çay yarpağı (artım 33,2%) istehsal olunub. 

2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə +3,4%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)