Sosial iqtisadiyyat

Nağdsız dövriyyədə kart əməliyyatlarının payı 52%-ə çatıb

Nağdsız ödənişlərin artması öz növbəsində nağdsız dövriyyədə kart əməliyyatlarının xüsusi çəkisini artırır. Nəticədə nağdsız dövriyyədə kart əməliyyatlarının payı 52%-ə çatıb.

Bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, 2023-cü il mayın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 14,5 milyon ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur. Hesabat dövründə bu kartlardan istifadə etməklə aparılan nağdsız ödənişlərin həcmi 12,2 mlrd. manat olub. 

Osmanov bildirib ki, ödəniş kartlarından istifadədə təmassız kartlar xüsusi yer tutur - 10,5 milyon kart. Hesabat dövründə bu kartlarla aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə, həcmi isə 92 faiz artıb.

Baş direktor qeyd edib ki, cari ilin birinci rübündə “Apple Pay” vasitəsilə ödənişlərin həcmi manat ekvivalentində 327 milyon, ödənişlərin sayı 11 milyon, “Google Pay” üzrə isə 107 milyon manat ekvivalentində olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)