Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Bugün səhər dünya birjalarında dolların ucuzlaşması fonunda neft qiymətləri yüksəlir.
Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə olan Brent neftinin avqust fyuçerslərinin dəyəri bir barel üçün 72,36 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,52 dollar (0,72%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçerslərinin qiyməti bu dəfə 0,38 dollar (0,57%) artaraq 67,5 dollar/barelə çatıb.
Ötən həftənin nəticəsi olaraq Brent 1,8%, WTI 2,2% ucuzlaşıb.
ABŞ dollarının digər altı əsas dünya valyutası qarşısında dəyərini göstərən DXY indeksi ticarət zamanı 0,2% ucuzlaşır ki, bu da neftin digər valyuta sahibləri üçün cəlbediciliyini artırır.
Bundan əlavə, çərşənbə axşamı ABŞ Federal Ehtiyat Sisteminin iclası keçiriləcək. Bazar tənzimləyicinin pul siyasətinin sərtləşdirilməsi dövrünü dayandıracağını proqnozlaşdırılır.