Avtomobil

Çinin avtomobil satışında sıçrayış - 82% artım var

Bu ilin yanvar-may aylarında Çin 1,75 milyon ədəd avtomobil ixrac edib. ENA.az xəbər verir ki, bu ötən ilin eyni dövründəkindən 81,5 faiz çoxdur.

Çinin Avtomobil Sənayesi Assosiasiyasının məruzəsinə görə, xarici bazarlara satışda minik avtomobilləri üstünlük təşkil edir. Belə ki, minik avtomobillərinin ixracı 96,6 faiz artaraq 1,46 milyon ədədi ötüb. Kommersiya avtomobillərinin ixracı isə 291 min ədəd təşkil edib. 

2023-cü ilin yanvar-may aylarında ÇXR xarici ölkələrə alternativ enerji - elektrik və hibrid mühərrikli, həmçinin hidrogen yanacaq elementləri ilə çalışan 457 min avtomobil ixrac edib və bu göstərici ötənilin eyni dövründəkindən 1,5 dəfə çoxdur.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)