Aqrar

Aqrar sənaye məhsullarının ixracı 55,8% artıb

Azərbaycandan xaricə satılan aqrar və aqrar sənaye məhsullarının həcmi artıb. ENA.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında ümumi ixrac dəyəri 349,1 milyon dollardır. Bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 16,9% çoxdur.

İxracın ümumi həcmində aqrar məhsulların payı 7,2% artaraq 256,9 milyon dollardır. Aqrar sənaye məhsullarının payı 55,8% artaraq 92,2 milyon dollar təşkil edib.

Mərkəzin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında meyvə-tərəvəz ixracı 10,4% artıb.

2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord 3 milyard 47,67 milyon dollar olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)