Birja

Rublun dəyəri dəyişmədi. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini açıqladı

Rusiya Mərkəzi Bankı uçot faizini dəyişmədiyini və 7,5 faiz səviyyəsində saxladığını açıqlayıb. ENA.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkədə ev təsərrüfatlarının inflyasiya gözləntilərinin yüksək səviyyədə olduğu bildirilib.

İqtisadi fəaliyyətlərin gözləntilərin üzərində toparlandığına diqqət çəkən açıqlamada, "Rusiya Mərkəzi Bankı siyasət faizini yüzdə 7,5 səviyyəsində dəyişməyərək saxlamağa qərar verdi", -deyilir.

Açıqlamada, məşğulluq bazarındakı vəziyyətin, büdcə xərclərinin artmasının və xarici ticarət şərtlərinin pisləşməsinin inflyasiyaya qarşı riskləri artırdığı, ilin sonunda isə inflyasiyanın 4,5-6,5 faiz olacağı proqnozu verilir.

Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevralında qərb ölkələrinin sanksiyalarına görə uçot faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdıqdan sonra faiz endirimi prosesinə daxil oldu və 2022-ci ilin sentyabrında keçirdiyi iclasda faiz dərəcəsini 7,5 faizə qədər aşağı salıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)