Amerikalıların sərvəti 148,8 trilyon dollara çatdı
Amerikanın sərvəti birinci rübdə 148,8 trilyon dollara çatıb. ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 2 faiz artaraq 148,8 trilyon dollara çatıb.
ENA.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) yanvar-mart dövrü üçün "ABŞ-ın Maliyyə Hesabları" hesabatını dərc edib.
Müvafiq olaraq, bu ilin birinci rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 148,8 trilyon dollar olaraq qeyd edildi.
İlin birinci rübündə əvvəlki rüblə müqayisədə yüzdə 2 artan ev təsərrüfatlarının sərvəti, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 2,5 azalıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti keçən ilin birinci rübündə rekord həddə - 152,6 trilyon dollara çatdıqdan sonra ikinci rübdə 147,2 trilyon dollara, üçüncü rübdə isə 144,2 trilyon dollara qədər azalıb. Amerikalıların sərvəti ilin son rübündə 145,8 trilyon dollar təşkil edib.
Bu ilin birinci rübündə səhmlərin dəyəri 2,4 trilyon dollar artıb, daşınmaz əmlakın dəyəri isə 600 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin birinci rübündə 3,3 faizdən 2,2 faizə enib.
Sözügedən dövrdə istehlak kreditləri 4,3 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.