Vergi Xidməti kassalarla bağlı - DÖVRİYYƏNİ AÇIQLADI
Azərbaycanda vergi ödəyiciləri tərəfindən 90,138 min ədəd (mayda 2478, apreldə 1064 ədəd) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. ENA.az xəbər verir ki, 2023-cü il iyunun 1-nə olan bu məlumatı Dövlət Vergi Xidməti verib.
“2023-cü ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18% çoxdur”, - deyə məlumatda qeyd edilib.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 26,6%) təşkil edib.