Birja

Neftin qiyməti sürətlə ucuzlaşır

Bugün günortadan sonra neft qiymətləri ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşmaqda davam edir. 

ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 15:30-da Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 75,06 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,65 dollar (2,15%) aşağıdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul fyuçerslərinin qiyməti bu vaxta qədər 1,71 dollar (2,37%) azalaraq bir barelə görə 70,44 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)