Lexus yeni krossoverini təqdim edib
Yaponiyanın Lexus şirkəti 2024-cü ilin əvvəlində Avropa bazarına çıxacaq subkompakt krossover LBX-i təqdim edib. Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.
Avtomobil Toyota Yaris Cross modelinin də qurulduğu GA-B platformasına əsaslanır. Lexus LBX-in uzunluğu 4190 mm, eni 1825 mm və hündürlüyü 1560 mm-dir. Təkər bazası 2580 mm-ə çatır. Krossoverin baqaj hissəsinin həcmi 332 litrdir. Bu, Lexus seriyasındakı ən yığcam avtomobildir.
Avtomobil 136 at gücünə malik benzin turbo mühərriklə təchiz edilib. Salonda mərkəzi konsolda multimedia monitoru quraşdırılıb. 9,8 düymlük rəqəmsal alətlər klasteri üçün əlavə baş üstü displey mövcuddur.
Yeni Lexus LBX 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.