Türkiyə hökumətinin yeni tərkibi AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumət kabinetinin tərkibini açıqlayıb.
ENS.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında məlumat verib.
Ərdoğan bildirib ki, Türkiyənin yeni hökumətində aşağıdakı siyasətçilər təmsil olunacaqlar:
Prezidentin köməkçisi: Cevdet Yılmaz
Ədliyyə naziri: Yılmaz Tunç
Ailə və sosial xidmətlər naziri: Mahinur Özdemir Göktaş
Əmək və sosial nüdafiə naziri: Vedat Işıkhan
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri: Mehmet Özhaseki
Xarici işlər naziri: Hakan Fidan
Enerji və təbii sərvətlər naziri: Alparslan Bayraktar
Gənclər və ndman naziri: Osman Aşkın Bak
Xəzinə və maliyyə Naziri: Mehmet Şimşək
Daxili işlər naziri: Əli Yerlikaya
Mədəniyyət və turizm Naziri: Mehmet Nuri Ersoy
Milli təhsil Naziri: Yusuf Tekin
Milli müdafiə Naziri: Yaşar Gülər
Səhiyyə naziri: Fahrettin Koca
Sənaye və texnologiya naziri: Mehmet Fatih Kaçır
Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri: İbrahim Yumaklı
Ticarət naziri: Ömer Bolat
Nəqliyyat və infrastruktur naziri: Abdulkadir Uraloğlu