“Boeing” şirkəti “Starliner” pilotlu kosmik gəmisinin ilk buraxılışını təxirə salır
NASA və Boeing şirkətin CST-100 Starliner kosmik gəmisinin ilk insanlı uçuşunun təxirə salınacağını açıqlayıb.
Bu barədə "kommersant" məlumat verib.
Göyərtəsində iki astronavt olan Starliner-in Beynəlxalq Kosmik Stansiyaya uçuşu iyunun 21-nə planlaşdırılırdı. Mühəndislər kosmik gəmidə paraşütlərlə və daxili sistemlərdə elektrik naqillərinin alışması təhlükəsiylə bağlı təhlükəni aşkar etdikdən sonra bu qərarı veriblər.
Starliner 2014-cü ildən inkişaf etdirilir. Starliner NASA-nın öz missiyaları üçün özəl şirkətlərdən sifariş etdiyi bir neçə gəmidən biridir.
Starliner-in buraxılışı müxtəlif texniki problemlərə görə dəfələrlə təxirə salınıb. Bu gecikmələrə və NASA ilə olan müqaviləyə görə, Boeing son iki il ərzində Starlinerlə bağlı işlərdə 833 milyon dollar itirib.