BİZNES

Türkiyənin ilk 5 ayda xarici ticarət kəsiri 56 milyard dolları keçdi

Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, may ayında xarici ticarət kəsiri 12,7 milyard dollar olub. İlin ilk 5 ayında xarici ticarət kəsiri 56,1 milyard dollara çatıb.
ENA.az xəbər verir ki, may ayında xarici ticarətdə ikirəqəmli kəsir qeydə alınıb.

Ticarət Nazirliyinin məlumatına görə, may ayında ixrac illik müqayisədə 14,4 faiz artaraq 21,7 milyard dollara, idxal isə 16 faiz artaraq 34,3 milyard dollara çatıb. Eyni dövrdə xarici ticarət kəsiri yüzdə 19 artaraq 12,7 milyard dollar olub.

May ayında əvvəlki ilin eyni ayına nisbətən; İxracın idxala nisbəti 0,9 bənd azalaraq 63,1 faiz təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)