Bank

“Bank BTB”dən “kadr axını” davam edir

2022-ci ili 4 milyon 742 min manat zərərlə başa vuran “Bank BTB” ASC əməkdaşlarının sayı və müvafiq olaraq əmək haqqı fondu üzrə çəkilən xərclər azalıb.  

ENA.az xəbər verir ki,  bankın illik heabatına əsasən, 31 dekabr 2022-ci il tarixinə “Bank BTB”də 263 nəfər çalşıb. Halbuki, 2021-ci ilin sonuna bu rəqəm 341 nəfər idi. Beləliklə, 2022-ci ildə bankın ştatı 78 nəfər və ya 22,9% kiçilib.

İşçi heyəti ilə bağlı çəkilən xərclər isə 8 milyon 336 min manatdan 6 milyon 712 min manata düşüb.

Qeyd edək ki, “Bank BTB” ASC 2010-cu ilin aprel ayında müvafiq fəaliyyət lisenziyası alıb.  Bankın səhmdarları 3 fiziki şəxsdir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department