Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Neft qiymətləri həftəsonu keçiriləcək OPEC+ toplantısı öncəsi bugün səhər bahalaşıb. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 9:08-də Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 74,62 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,34 dollar (0,46%) çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu dəfə 0,3 dollar (0,43%) artaraq bir barelə görə 70,4 dollar təşkil edib.
OPEC+ ölkələrinin nazirlər toplantısı iyunun 4-də Vyanada keçiriləcək və Tyche Capital Advisors-un idarəedici tərəfdaşı Tarik Zahirin sözlərinə görə, hasilatın daha da azaldılması barədə qərar qəbul edilərsə, bazara təsir göstərə bilər. Ekspert MarketWatch internet nəşrinə bildirib ki, o, hasilatın əlavə azalması ehtimalını istisna etmir və ABŞ-dakı ehtiyatlar haqqında məlumatlara baxmayaraq, bazarda gözlənilən yüksək kotirovkaları qeyd edib.