“QAZ” şirkəti “Volqa” avtomobillərinin istehsalına başlaya bilər

“QAZ” (ГАЗ) 2024-cü ildə “Volqa” brendi altında avtomobillərin istehsalına başlaya bilər.
Rusiya mətbuatı xəbər verir ki, indi zavod Volkswagen-in ayrılmasından sonra boş qalmış istehsal gücü üçün yeni texniki tərəfdaş axtarır.
Məlumata görə, hazırda dörd tərəf ilə danışıqlar aparılır.