Kriptovalyutalar haqqında hansı “miflər” var?
Nə qədər birmənalı münasibət olmasa da, bugün Azərbaycanda kriptovalyutalara investisiya qoyan və hər gün bu rəqəmsal pulların dəyərini izləyən bir təbəqə yaranıb.
Blokçeyn hələ nisbətən yeni texnologiya olduğundan kriptovalyuta ilə bağlı xeyli yanlış təsəvvürlər və fikirlər mövcuddur.
ENA.az “Kripto FUD”la (qorxu, qeyri-əminlik və şübhə) bağlı daha geniş yayılmış miflərdən ən geniş yayılanları haqqında araşdırmanı təqdim edir.
Kriptovalyutalar təhlükəsiz deyil
Kriptovalyuta antaqonistləri rəqəmsal aktivlər ekosisteminin anonim, etibarsız və cinayətkarlar tərəfindən geniş istifadə olunduğundan onun insanların istifadəsi üçün təhlükəsiz olmadığını iddia etməyi xoşlayırlar. Nəticədə kriptovalyutalar haqqında kifayət qədər məlumata sahib olmayan bir çox insanlar belə qənaətə gəlirlər ki, bütün bu məkan bir növ təhlükə mənbəyidir, onun əsas istifadəsi isə vicdansız şəxslərə pul vəsaitlərini oğurlamağa, aldadıb qoparmağa və yumağa imkan verir. Bu mifin radikal versiyasını kriptovalyutaların mahiyyət etibarilə qanunsuz olması təşkil edir.
Kriptovalyuta sənayesi ilə bağlı bu cür təsəvvür nəinki əsassızdır, həm də yanlışdır. Həqiqət bundan ibarətdir ki, kripto məkanında iştirakçıların böyük əksəriyyətini qanuna tabe olan vətəndaşlar və rəqəmsal aktivlərdən dəyərin və aktivlərin təhlükəsiz, səmərəli şəkildə onlayn köçürülməsi yolu ilə istifadə edən qanuni müəssisələr təşkil edir. Bu məkanda həmçinin məsul sənaye oyunçuları istifadəçilərin təhlükəsizliyini təmin edən etibarlı maneələr və təhlükəsizlik sistemlərini dəstəkləyirlər.
Buna baxmayaraq, pis oyunçuların kiçik bir qisminin hərəkətləri və kripto qanunsuzluğu haqqında mifi yayan insanlar tərəfindən onların informasiya məkanında sayının artması səbəbilə bütün sənaye, adətən, haqsız olaraq eyni şəkildə təqdim olunur ki, bu da onun nüfuzuna, təəssüf ki, xələl gətirir. Qeyd edilən təhriflərin blokçeyn və “Web3”ün böyük vədlərini həyata keçirməsinə mane olmaması üçün bu mif ifşa edilməli və kriptovalyutalarda onları mahiyyətcə etibarsız edən heç bir şeyin olmamasını nümayiş etdirmək istiqamətində bir sıra işlər görülməlidir.
“Blokçeyn” sahəsində cinayətkarlıq halları nə qədər geniş yayılıb?
Gəlin konkret olaraq bu mifin yayılmasına səbəb olan acı həqiqətdən başlayaq. Bəli, sındırmalar, dələduzluq və çirkli pulların yuyulması kimi hallar kripto sənayesində, həqiqətən, müşahidə edilir. Bura pis oyunçulardan və cinayətkar fəaliyyətindən tamamilə qorunmuş bir məkan deyil.
Bəli, ayrı-ayrı şəxslərdən və ya platformalardan oğurlanmış rəqəmsal vəsaitlər haqqında xəbərlərə tez-tez rast gəlmək mümkündür. Lakin bu rəqəmlər kontekst olmadan çox az şey deyir, nümunələr isə çox vaxt həddindən artıq sensasiyalı olur.
Müqayisə üçün bəzi qaneedici rəqəmlərə nəzər salaq. Blokçeyn təhlili üzrə ixtisaslaşmış “Chainalysis” şirkəti tərəfindən hazırlanan 2022-ci il üçün kriptovalyuta cinayəti haqqında hesabatda deyilir ki, 2021-ci ildə cinayət fəaliyyəti bütün kriptovalyuta əməliyyatlarının cəmi 0,15%-ni təşkil edib ki, bu da 2020-ci ildə qeydə alınmış göstəricidən (0,62%) aşağıdır. Bəli, qeyri-qanuni kriptovalyuta ünvanları ötən il 14 milyard dollar məbləğində vəsait əldə edib, lakin bu, klassik maliyyə sistemi vasitəsilə hər il yuyulan təxminən 2 trilyon dollar fiat valyutası (və ya qlobal ÜDM-nin təxminən 5%-i) ilə müqayisədə cüzidir.
Həqiqət budur ki, qeyri-qanuni fəaliyyət blokçeyndəki ümumi əməliyyat həcminin kiçik bir hissəsini təşkil edir. Belə ki, bunun əsaslı səbəbi var: əgər siz cinayətkarsınızsa, kriptovalyutadan istifadə izləri itirmək baxımından olduqca əlverişsiz bir üsuldur. Blokçeynin şəffaflığı yalan deyil, bu ona xas olan xüsusiyyətdir. Sözügedən şəffaflıq cinayət fəaliyyətinin onilliklər ərzində nəzərə çarpmama ehtimalı olan ənənəvi maliyyədən fərqli olaraq, bu yeni maliyyə sisteminin bütün dünyada istifadəçilər və cinayətkarlarla mübarizə aparanların xüsusi diqqəti üçün açıq olmasını təmin edir.
Şəffaflıq səciyyəvi xüsusiyyət kimi
Blokçeynlər, adətən, əməliyyatları açıq və daxil olmaq icazəsinə ehtiyac olmadan izlənilə bilən şəkildə həyata keçirir. Bu, pula əsaslanan ənənəvi ödəniş sistemlərindən fərqlənir. Ənənəvi ödəniş sistemlərində əməliyyatlar kənar şəxslərdən gizlədilir və onların açıq olması üçün order və ya məhkəmənin qərarı tələb olunur.
Bu barədə düşünün: blokçeynin kütləvi mühasibat kitabı hər bir əməliyyatın tam tarixçəsinə nəzarət edir, onu yoxlayır və qeyd edir. Hər bir əməliyyat qeydlərin silinməz izini saxlayır ki, bu da vəsaitlərin mənbəyini və hərəkətini izləməyi asanlaşdırır. Bütün dünyada maliyyə cinayətkarlığı ilə mübarizə aparan hüquq-mühafizə orqanları qanunsuz yolla əldə edilmiş vəsaitlərin axtarışı zamanı rəqəmsal aktivlərin izlənilməsi imkanlarından istifadə qaydasını artıq öyrəniblər.
Blokçeyn həmçinin çirkli pulların yuyulması riskinin təhlilini aparmağa və hesabat mexanizmlərini yaratmağa, eləcə də yalnız giriş və çıxış nöqtələrini izləməyə deyil, bütövlükdə sistemi təhlil etməyə imkan verir.
Saxta fiat gəlirləri vəsaitləri qarışdırmaq, hesabları saxtalaşdırmaq və ya ofşor bank hesabları vasitəsilə gizlədilə bilər, lakin blokçeyn istənilən vaxt blok bələdçisindən istifadə edən hər kəs tərəfindən əsaslı surətdə yoxlanıla bilər.
Bütün bunlar ekosistemin daha çox təhlükəsizliyini təmin etməyə imkan verir.
Normativ tələblərə riayət edilməsi
Ənənəvi maliyyə təsisatlarının normativ tələblərə riayət edilməsi üçün prosesləri, prosedurları yaratmağa və təkmilləşdirməyə bir əsrdən çox vaxtı olsa da, gənc kriptovalyuta sənayesi on ildən bir qədər artıq müddət ərzində mövcud olmasına baxmayaraq, ötürülmüş vaxtın yerini sürətlə doldurur. Kriptovalyuta sənayesi yarandığı ilk illərdə maliyyə dünyasında sanksiyalar, çirkli pulların yuyulmasına qarşı mübarizə və şəxsiyyətin yoxlanılması sistemləri kimi normativ tələblərə riayət edilmənin standart təcrübəsi ilə bağlı, əlbəttə ki, qüsurlardan uzaq olmamışdır.
Hal-hazırda “Binance” kimi aparıcı kriptovalyutalar şübhəli şəxsləri və əməliyyatları diqqətlə izləmək və lazım gəldikdə bu barədə müvafiq orqanlara xəbər vermək məqsədilə öz müştərilərinin məlumatına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə əsaslanmış etibarlı sistemləri və protokolları dəstəkləyir. Bu cür təhlükəsizlik tədbirləri vacib rəqəmsal aktivlərin platformaları üçün məcburi xarakter daşıyır.
Kriptovalyuta birjaları müxtəlif yurisdiksiyaların çirkli pulların yuyulması ilə mübarizə və sanksiya qaydalarına riayət etmək məqsədilə nəhəng maliyyə təsisatları ilə eyni yüksək səviyyəli alətlərdən istifadə edə bilər və istifadə edir. Kriptovalyutalar ümumən qəbul edildikcə şəxsiyyət yoxlama protokolları əksər kriptovalyuta birjaları üçün standart hala çevrilmişdir. Müvafiq şəxsiyyət yoxlama sisteminə malik olmaq platformanın vicdansız şəxslər tərəfindən çirkin məqsədlər üçün istifadə edilməsi şansını minimuma endirir.
İstifadəçilərin təhlükəsizliyini təmin etmək və mövcud qaydalara riayət etmək maliyyə xidmətləri ekosisteminin məsuliyyətli şəkildə idarə edilməsinin iki əsas aspektini təşkil edir. Məsələn, “Binance”, bir çox digər kriptovalyutalar kimi, istifadəçilər üçün anonimliyə icazə vermir. Ekosistem şəxsiyyətin yoxlanılması ilə bağlı ciddi siyasətə malikdir. Bu siyasət ikili qeydiyyatlara, gizli şəxsiyyətlərə və aydın olmayan pul mənbələrinə qarşı yolvermilməz münasibəti nəzərdə tutur.
Kriptovalyutalar həmçinin proaktiv tədbirlər vasitəsilə pis oyunçuları müəyyən etmək məqsədilə daha da inkişaf edir və bütün əməliyyatların qanuni və tələblərə uyğun olmasını təmin etmək məqsədilə blokçeynin fəaliyyətini təqib etməyə və izləməyə imkan verən bir sıra alətlərə sahibdir.
Qanunsuzluq haqqında mif niyə təhlükəlidir?
Mövcudluğunun ilk günlərində bir sıra rezonans doğuran xəbərlər kriptovalyuta məkanının “qanunsuzluq sahəsi” kimi qəbul edilməsinə səbəb olsa da, sözügedən sektor o vaxtdan bu yana xeyli irəliləmişdir. Aparıcı kriptovalyuta şirkətləri başa düşür ki, qlobal “Web3” ekosisteminin davamlı genişlənməsi üçün müvafiq tənzimləyici orqanlarla daimi əməkdaşlıq və qarşılıqlı əlaqə zəruridir. Buraya hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq və onlara kriptovalyutalardan qeyri-qanuni məqsədlər üçün istifadə etməyə cəhd edən şəxsləri müəyyənləşdirmək və təqib etməkdə yardım göstərmək məqsədilə təcrübəmizdən yararlanmaq daxildir.
Bu gün kriptovalyutaların qeyri-qanuni fəaliyyətlər üçün, sadəcə, təhlükəli bir məkan olması barədə yanlış təsəvvürün aradan qaldırılması üzərində işləmək lazımdır. Bu, tənzimləyicilərin müştəriləri qoruyan və eyni zamanda innovasiyalara yol açan aydın siyasəti formalaşdırarkən özlərini rahat hiss etmələrini təmin etmək, habelə yeni istifadəçilərin “Web3” hərəkatına qoşulmalarını təşviq etmək baxımından olduqca vacibdir. Həm istifadəçilər, həm də hökumət nümayəndələri yeni iş yerlərinin açılmasına imkan verəcək və iqtisadiyyatın ümumi səmərəliliyini artıra biləcək texnoloji və maliyyə yeniliklərinin önündə olmaqla çox şey əldə edəcəklər.
Mühüm fakt: normativ və hüquqi bazanı nəzərə alaraq blokçeyn texnologiyası ənənəvi maliyyə ilə müqayisədə daha effektiv təhlükəsizliyi təmin edə bilər. Buna görə də kriptocinayətkarlıq barədə geniş yayılmış yanlış təsəvvürlər kriptovalyutaların təhlükəsizliyini və bazar oyunçularının normativ tələblərə riayət etməsini özündə ehtiva edən real faktlarla təkzib edilməlidir.