Tramp: Hazırda Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə düşünməyə ehtiyac yoxdur, çünki rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü çox yaxşı keçib.
ENA.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.
“Bu gün baş verənləri nəzərə alsaq, məncə, indi bu barədə düşünməyə ehtiyac yoxdur. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - Tramp əlavə edib.
Buna baxmayaraq Tramp gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib.
"Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacam. Amma indi bu barədə düşünməyə ehtiyac yoxdur", - Tramp qeyd edib.