BRİKS sammiti Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderinə görə təxirə salına bilər
Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi səbəbindən BRİKS-in keçiriləcək sammitini təxirə salmaq imkanını nəzərdən keçirir. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Cənubi Afrika hökuməti BCM-nin tələbləri ilə bağlı müzakirələrdən yayınmağın yollarını nəzərdən keçirir. Cənubi Afrika BCM-nin yurisdiksiyasına tabe olduğundan, Putin ölkəyə səfər edəcəyi təqdirdə respublikanın hakimiyyət orqanlarından onu həbs etmələri tələb olunacaq.
Cənubi Afrika Xarici İşlər Nazirliyinin baş direktoru Zane Dangor bildiri ki bu məsələnin həlli üçün yaxın vaxtlarda nazirlərin iclası keçiriləcək.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, prezident Putin Beynəlxalq Cinayət Məhkəməsinin ona qarşı çıxardığı orderə baxmayaraq, CAR-da keçiriləcək BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) sammitində lazımi qaydada iştirak edə biləcək.