WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Pentaqon rəhbərliyi Çin və ABŞ-nin digər rəqiblərinə qarşı iqtisadi müharibə aparmaq üçün yeni nəsil kəşfiyyat proqramı yaratmağı planlaşdırır.
ENA.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi idarəsinin planları ilə tanış olan mənbələr məlumat yayıb.
Nəşrin məlumatına görə, proqram amerikalı kəşfiyyatçıların ABŞ hökuməti ilə əlaqələrini ifşa etmədən, özəl sektorun əməkdaşları pərdəsi altında fəaliyyət göstərməsini nəzərdə tutur. Bu təşəbbüs Pentaqonun iqtisadi müharibə aparmaq üzrə daha geniş kampaniyasının bir hissəsi olmalıdır.
Proqrama rəhbərliyi Pentaqon rəhbərinin birinci müavini Stiv Faynberqin baş müşaviri vəzifəsini tutan MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) 39 yaşlı veteranı Tom Rakusan həyata keçirəcək.
Rakusan daha əvvəl Rakusan Rusiyanın 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi məsələləri ilə məşğul olub.
Qəzetin mənbələrinin bildirdiyinə görə, təşəbbüsün hazırlanmasına Pentaqonun müxtəlif bölmələrinin mütəxəssisləri, eləcə də MKİ-nin keçmiş əməkdaşları cəlb olunub. Hazırda proqram planlaşdırma mərhələsindədir.
"The Washington Post" qeyd edir ki, Pentaqon agent kəşfiyyatının aparılmasında böyük təcrübəyə malik deyil.
"Rakusan sadəcə birbaşa Pentaqonun daxilində öz şəxsi MKİ-sini yaratmaq istəyir", - hərbi idarədəki mənbələrdən biri nəşrə bildirib.


















