Zaur Mikayılov: "İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı güclüdür"
Azərbaycanda su ehtiyatları qeyri-bərabər paylanıb.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, suvarmada yaşıl enerji istehsalına keçid bu sahədə xərcləri azaldacaq.
"İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı daha güclüdür. Bu ərazilərdə 4 min meqavat günəş, 5 min meqavat külək enerjisi potensialı var.
"Ölkəmizin su ehtiyatlarının 25%-i Qarabağda formalaşır", - deyən Z.Mikayılov yaşıl enerji mənbələrinin inkişafının biznesin inkişafında da xüsusi rol oynayacağını vurğulayıb.