Qeyri-Bank

"PwC" Qarabağın Dirçəliş Fondunu yoxlayacaq

Beynəlxalq audit şirkəti "PwC" Qarabağın Dirçəliş Fondunun  2022-ci il dövrünün auditini həyata keçirəcək. ENA.az www.tender.gov.az satınalma portalına istinadən xəbər verir ki, şirkət ilə məbləği 17,5 min manat olan müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki,  “PwC Azerbaijan”ın 2021-ci il üzrə apardığı auditin nəticələrinə görə, 2021-ci ildə “Qarabağın Dirçəliş Fondu”na 892,2 milyon manat ianə verilib. 2021-ci ildə fondun ümumi gəliri 901,4 milyon manat təşkil edib. 

Nizamnamə kapitalı 1 milyon manata bərabər olan Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması və onların davamlı iqtisadiyyata malik çiçəklənən regiona çevrilməsinə maliyyə dəstəyi göstərmək, investisiyaların cəlb edilməsi və zəruri təşviqat fəaliyyətləri ilə məşğuldur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)