BYD avtomobil zavodu açmaq üçün Fransa, Almaniya və İspaniyada ərazilər seçir.
Çin avtomobil istehsalçısı BYD bir sıra Avropa ölkələrində istehsalın açılması üçün texniki-iqtisadi əsaslandırmalar hazırlayır. Bu barədə Automotive News Europe məlumat yayıb.
Məlumata görə, BYD avtomobil istehsalı üçün üç Avropa ölkəsini nəzərdən keçirir, o cümlədən bu barədə Fransa hökuməti ilə danışıqlar aparır. Almaniya və İspaniya zavod üçün alternativ yerlər hesab edilir.
Çin şirkəti ilin sonuna qədər zavod üçün yer seçməyə hazırlaşır və 2025-ci ildə avtomobil istehsalına başlamağı planlaşdırır.