Intel 1 trilyon parametrli süni intellekt modelini elan etdi
Amerika texnologiya şirkəti Intel 1 trilyon parametrli kreativ yeni süni intellekt modeli olan Aurora genAI-ni elan edib. Tam elm yönümlü generativ süni intellekt modeli olan Aurora genAI elmi mətnlər, elmi məlumatlar, xərçəng araşdırmaları, iqlim elmi və elmi sahələrə aid kodlar üzrə təlim keçəcək.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, ChatGPT-nin pulsuz və ictimai versiyaları üçün hədəf ölçüsünün cəmi 175 milyard olduğunu xatırlasaq, Intel-in süni intellekt Aurora gen AI 1 trilyon parametrlə böyük fərq yaradacaq.
ABŞ-ın Silikon Vadisində yerləşən Intel texnologiya şirkətinin məhsulu - Aurora genAI-nin diqqət mərkəzində olan sahələr molekulların və materialların dizaynından tutmuş milyonlarla mənbədən məlumatın sintezinə, sistem biologiyası, polimer kimyası və enerji materialları, iqlim elmi və kosmologiyada yeni təcrübələr təklif etməyə qədər bir çox tətbiqlərdə olacaq. Model həmçinin xərçəng və digər xəstəliklərlə əlaqəli bioloji proseslərin identifikasiyasını sürətləndirmək və dərman dizaynı üçün hədəfləri təklif etmək üçün istifadə olunacaq.