Rəsmi rəqəmlərə görə Azərbaycanda əhali “varlanıb”
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 23 milyard 549,5 milyon manat təşkil edib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.
2023-cü ilin aprel ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,5% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 14,3% artaraq 2 min 323,6 manat olub.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 20 milyard 649,6 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 15,3% çoxdur.