KOBİA və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası memorandum imzaladı
“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri çərçivəsində KOBİA və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
ENA.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AQİSA-nın İdarə Heyətinin sədri Emin Dostiyari imzalayıblar. Sənəddə qida sektorunda fəaliyyət göstərən KOB-ların bilik və bacarıqlarının artırılmasına dəstək üçün maarifləndirmə tədbirlərinin, təlim və məsləhət xidmətlərinin təşkili, yerli və xarici tədbirlərdə KOB-ların məhsullarının sərgilənməsinə, daxili bazarın mövcud vəziyyətinin öyrənilməsinə dəstək, KOB-lar arasında əlaqələndirmənin gücləndirilməsi, qida sənayesi məhsullarının çeşidinin artırılması istiqamətində yerli KOB-lar arasında sorğu və araşdırmaların aparılması, çətinliklərin öyrənilməsi və həlli istiqamətində birgə əməkdaşlıq, KOB məhsullarının onlayn platformalarda satışının təşviqi, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstəyin göstərilməsi kimi tədbirlər nəzərdə tutulur.