Paşa Bank-ın nə qədər ümidsiz krediti var?
Paşa Bank daha çox bizneslə işləyən bank kimi tanınır. Biznes kreditlərində lider bankdır və portfelin həcmi 2 milyard 369 milyon manat təşkil edir.
ENA.az xəbər verir ki, bankın ümumi portfelinin həcmi 2 milyard 759 milyon manatdır. Bunun yalnız 162 milyon 349 min manatı vaxtı keçmiş kreditlərdir. Bu isə kredit portfelində 5.7% pay deməkdir. Xatırladaq ki, ilin yekununda bu rəqəm 5.4% idi.
Kreditlərin 37 milyon 765 min manatı təhlükəli, 25 milyon 571 min manatı ümidsiz kreditlərdir. Kreditlər üzrə ehtiyyatlar adi və məqsədli olmaqla cəmi 95 milyon 301 min manat təşkil edir.