Birja

İstiqraz kralından tənəzzül xəbərdarlığı

FED qərarından əvvəl iqtisadi məlumatlar və FED-in son faiz artımı tənəzzül proqnozlarının yüksəlməsinə səbəb olub. ENA.az xəbər verir ki, məşhur investor Jeffrey Gundlach ABŞ-da tənəzzül ehtimalını güclü hesab edir.
Məşhur istiqraz investoru və DoubleLine Capital-ın qurucusu Jeffrey Gundlach-a görə, ABŞ-da tənəzzül ehtimalı getdikcə güclənir və FED, ehtimal ki, çərşənbə axşamı sonuncu faiz artımını edib.

Fed qərarından sonra CNBC-yə danışan Gundlach, "Resessiya ehtimalı ciddi şəkildə yüksəkdir" deyərək, Fed-in məcmu faiz artımı və kredit daralmasının onda bədbinlik yaratdığını bildirib. 

Gundlach fond bazarları ilə bağlı narahatlığını ifadə edərkən, S&P 500 indeksinin 4200-4300 bandını keçməkdə çətinlik çəkəcəyini, sonra isə aşağı düşə biləcəyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)