Azərbaycanda yeni müavinətlər təsis edilir
Azərbaycanda yeni müavinət növləri təsis ediləcək.
ENA.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilir.