Bank

Azərbaycanda bank kartlarının sayı artıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd olub.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq Bülleteninə istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.9% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 16.6%, kredit kartları üzrə 27% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)