Milli Depozit Mərkəzinin rəhbərliyinə YENİ TƏYİNAT
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni üzv seçilib.
Bu barədə MDM-dən bildirilib. Məlumata görə, Milli Depozit Mərkəzinin Müşahidə Şurasının aprelin 14-də növbəti iclası keçirilib və iclasın qərarına əsasən Məmmədova Nazlı Ramiz qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.
Qeyd edək ki, Nazlı Məmmədova 2010-2017-ci illərdə “Ernst & Young Azerbaijan”da, 2017-2019-cü illərdə Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2019-cü ildən isə “Moonwake Investment” MMC-də Baş Maliyyə İnzibatçısı vəzifəsində çalışır.
Xatırladaq ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası beş nəfərdən ibarətdir. Müşahidə Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir. Beləliklə, Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədr Elçin Əlizadə, sədr müavini Umeyra İbrahimova, üzvlər Nadir Babazadə, Elçin Məmmədov və müstəqil üzv Nazlı Məmmədovadan ibarət olub.