Maşınların qiyməti yenə bahalaşdı - VİDEO
Avtomobillərin qiyməti bahalaşıb.
Ekspert Sərxan Qədirov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, ölkədə dizel mühərrikli və ili köhnə olan nəqliyyat vasitələrinin sayında artım müşahidə edilir.
O, hesab edir ki, qiymət artımına səbəb əsasən istehsal ili 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılmasıdır.
Maşınların qiymətinin bahalaşmasına iri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyyat hissələrinin və daşınmanın bahalaşması da ciddi təsir göstərib.
Ekspert bildirir ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var. Buna əsas səbəb ölkənin rayonlarında xarici ölkə istehsalı olan avtomobillərin rəsmi servisinin az və ya heç olmamasıdır. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərin də qiymətinda bahalaşma var. 2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi.
Ölkəyə gətirilən avtomobillərin dəyəri də ötən illə müqayisədə artıb. 2023-cü ilin yanvar-mart aylarında
“Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib”
Dövlət Gömrük Komitəsindən bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: