Avtomobil

Azərbaycana avtomobil idxalı kəskin bahalaşdı

Bu ilin birinci rübündə Azərbaycanda avtomobil idxalına görə ölkəni 314 milyon 994 min  dollar həcmində valyuta ölkəni tərk edib.

ENA.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, idxal edilən avtomobillər 20 799 ədəd təşkil edib.  Nəqliyyat vasitələrinin idxalı ötən ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya 1.7 dəfə, miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21.6% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan 189 milyon 355 min dollar dəyərində 17 102 ədəd avtomobil idxal edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)