Vakansiyalar

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” işçi axtarır - MAAŞ 1700 AZN

Layihələr üzrə koordinator

 Son tarix 13 may 2023 

Vəzifə öhdəlikləri:

  • Hər bir verilmiş layihənin tələb və məqsədlərinə uyğun olaraq layihə fəaliyyətlərinin əvvəldən sona qədər icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və rəhbəliklə razılaşdırılması;
  • Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların, və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
  • Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya  minimuma endirilməsi, müvafiq önləyici tədbirlrin görülməsi;
  • Hər bir layihə üzrə görülmüş işlərin həftəlik ətraflı hesabatının verilməsi;
  • Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;

Namizədə dair tələblər:

  • Tikinti sahəsində layihə koordinatorluğu üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi 
  • Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
  • Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Bir neçə layihə və ya tapşırığa eyni zamanda nəzarət edə bilmə bacarığı;
  • Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
  • Cizgiləri və texniki sənədləri oxuya bilmək səviyyəsində xarici dil bilikləri;
  • Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 1700 AZN (net) 

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan hr@qbti.gov.az elektron ünvana, mövzu hissəsində “Layihələr üzrə koordinator” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department