Gündəm

BTB Bankın seyfindən 370 min oğurlayanlar tutuldu

Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulub.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlanıb (316 min manat ve 32 min dollar).

Pulun bankda depozitlərin saxlanıldığı seyfden oğurlandığı bildirilirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)