İnşaat və əmlak

Bakının daha bir ünvanında söküntü başlayıb

Bakıda Nərimanov rayonu ərazisində yerləşən 2 bloklu binalardan birinin söküntüsü başlayıb.

Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Sakinlər bildiriblər ki, blokun birinin sakinləri ilə razılığa gələn söküntü işlərini icra edən şirkət söküntünü həyata keçirir. Digər blokun sakinləri ilə razılaşmayan şirkət rəsmiləri binanın yarısının söküntüsünu icra edirlər.

Arif Heydərov, 2 ünvanında yerləşən binada aparılan söküntü işləri digər sakinlərin etirazı ilə qarşılanıb. Belə ki, sakinlər deyirlər ki, onlarla razılaşmadan aparılan söküntü işləri həyatlarını iflic edib və böyük çətinliklər yaradıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)