Sosial iqtisadiyyat

Nazir əmək bazarında hansı kadrlara tələbat olduğunu açıqladı

Azərbaycanda texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrların məşğulluğu 70 %-dir.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”dəbildirib.

“Nazirliyin apardığı təhlillər göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur. 2022-ci ilin son rübünə olan məlumatlara əsasən bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 % təşkil edir”- deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)