Viza ilə bağlı bəzi dəyişikliklər edildi
Baş nazir Novruz Məmmədov “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli qərarında dəyişiklik edib.
"BI" xəbər verir ki, sözügedən qərara 2 nömrəli əlavə, yəni, “Viza almaq üçün ərizə-anket”in 38-ci bəndinə “Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar” sözləri əlavə edilib.