İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artırılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 115-ə qədər artırılıb.
Bu barədə Agentlikdən xəbər verilib.
Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Quba, Qusar, İsmayıllı, Qəbələ, Zaqatala, Kürdəmir, Mingəçevir, Sabirabad, İmişli, Salyan, Masallı, Lənkəran, Bərdə, Şəmkir və Tovuz da var.
Sözügedən tibb müəssisələrinin 82 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 18 %-i isə regionların payına düşür.
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi?page=1) yerləşdirilib.