Gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri dəyişdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nda dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilir:
Kredit təşkilatları |
Bir qarantiya üzrə öhdəliyin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və nizamnamə kapitalına
nisbətən faizlə) |
Qüvvədə olan qarantiyalar üzrə öhdəliklərin maksimum həddi (reyestrə daxil edilən tarixə kredit təşkilatının məcmu və
nizamnamə kapitalına nisbətən faizlə) |
Bank |
məcmu kapitalın 1 faizindən çox olmamaqla | məcmu kapitalın
10 faizindən çox olmamaqla |
Bank olmayan kredit
təşkilatları |
nizamnamə kapitalının 0,5 faizindən çox olmamaqla | nizamnamə kapitalının
3 faizindən çox olmamaqla |
Bundan əvvəl gömrük borclarını təmin edən qarantiyaların maksimal hədləri aşağıdakı kimi müəyyən edilimişdi:
Kredit təşkilatlarının nizamnamə kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi minimum nizamnamə kapitalından | Banklar | Bank olmayan kredit təşkilatları | |
bir qarantiya üzrə öhdəlik,
ABŞ dollarına ekvivalent məbləğ ilə |
bütövlükdə belə qarantiyalar üzrə öhdəlik,
ABŞ dollarına ekvivalent məbləğ ilə |
bir və ya bir neçə qarantiya üzrə öhdəlik,
ABŞ dollarına ekvivalent məbləğ ilə |
|
2,0 dəfə çox olduqda | 1,0 milyon | 2,0 milyon | 150,0 min |
1,5 dəfə çox olduqda | 500,0 min | 1,0 milyon | 100,0 min |
1,0 dəfə çox olduqda | 250,0 min | 500,0 min | 50,0 min |