Birja

Türkiyə İrandan neft idxalını tamamilə dayandırıb

"BI" türk mediasına istinadən xəbər verir ki, Türkiyə İrandan aylıq orta hesabla milyon tondan çox xam neft idxalını ötən ilin iyun ayında 285 min tona endirmişdi. 2018-ci ilin iyul ayında idxal 800 min tona qədər qalxsa da, noyabr göstəricilərinə əsasən İrandan alınan xam neft miqdarı sıfıra bərabər olub.

Açıqlamalara əsasən Türkiyə xam neftə olan tələbatını İraq, Qazaxıstan, Rusiya Federasiyası, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycandan idxal vasitəsilə ödəyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)