Sağlamlıq

Alimlər tamamilə zədələnmiş böyrəyi bərpa etməyi bacarıblar

   Sinqapur Milli Kardioloji Mərkəzin Duke-NUS adlı tibb məktəbinin alimləri Almaniyadan olan həmkarları ilə birlikdə transplantasiyaya və hemodializə üz tutmadan zədələnmiş böyrəyi reabilitasiya etməyi bacarıblar. Bu uğura səbəb olmuş kəşfin açarı isə IL-11 (interleykin-11) adlı zülalda olub. Bu zülal zədələnmələrə cavab olaraq orqanlarda yara izlərinin yaranmasına səbəb olur. Şəkərli diabet orqanizmdə çoxlu sayda problemlərə gətirib çıxarır. Onlardan ən geniş yayılanı isə böyrək xəstəliyidir. Qanda şəkər miqdarının yüksək olduğu uzunmüddətli vaxtlarda nefronların zədələnməsi baş verir. Nefronlar böyrəklərdə olan kiçik ölçülü filtrasiya vahidləridir. Nefronların zədələnmələri isə öz növbəsində orqanı sıradan çıxarır.

    Sinqapurdan və Almaniyadan olan alimlər aşkar ediblər ki, bütün bu proseslərin arxasında IL-11 adlı zülal dayanır. Bu zülal hüceyrələrin artım sürətini ləngidir və orqanların iltihablanmasına və o cümlədən onlarda yara izlərinin əmələ gəlməsinə səbəb olur. Aparılmış təcrübə çərçivəsində alimlər laboratoriya siçanlarında IL-11 zülalını bloklayıblar. Daha sonra alimlər müşahidə ediblər ki, IL-11 zülalının bloklanmasından sonra orqanlardakı mövcud yara izlərini dayandırmaq üçün olan hüceyrələr bərpa olmağa başlayıblar. Növbəti mərhələdə mütəxəssislər bu prosesi insan böyrəyinin hüceyrələrində test ediblər və eyni effekti alıblar. Mütəxəssislər IL-11 zülalına qarşı olan anticisimləri şəkərli diabetə sahib böyrəklərin hüceyrələrinə yeridiblər. Nəticədə böyrək kanallarının hüceyrələri yenidən bərpa olmağa başlayıb və orqandakı iltihab ilə yara izlərini aradan qaldıraraq onun funksionallığını bərpa ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)