Rusiyanın zəngin iş adamlarının sərvəti 24 milyard dollardan çox artıb

Rusiyalı biznesmenlərin sərvəti ilin əvvəlindən 24,62 milyard dollar artıb.
Bu barədə Bloomberg Milyarderlər İndeksində (Bloomberg Billionaires Index) məlumat verilib.
Məlumata görə, “Telegram”ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 4,08 milyard dollar qazanaraq sərvətini 15,1 milyard dollara yüksəldib. Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,57 milyard dollar artaraq 11 milyard dollara çatıb. Eyni zamanda, “Severstal”ın təsisçisi Aleksey Mordaşov 3,53 milyard dollar gəlir əldə edib və onun ümumi sərvəti 26,6 milyard dollara yüksəlib.
Ən böyük itkiləri isə “Novolipetsk Metallurgiya Kombinatı”nın (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisin yaşayıb. Onun sərvəti 2,81 milyard dollar azalaraq 23 milyard dollara düşüb. (Teleqraf)