Türkiyədə yenidən güclü zəlzələ oldu - VİDEO
Türkiyənin Hatay şəhərində 6,4 bal gücündə zəlzələ olub.
ENA.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 20:04-də Defne rayonunda qeydə alınıb.
Zəlzələnin yerin 7 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
6,4 bal gücündə zəlzələdən sonra mərkəzi Samandağda 5,8 bal gücündə daha bir zəlzələ baş verib. Şəhərdə bəzi binaların uçduğu bildirilir.